Platformada ətirlərin xarakteristikasını əks olunan bütün informasiyalar rəsmi mənbələrə əsaslanır və istehsalçıların saytından əldə edilmişdir. Ətirin xarakteristikası parsing vasitəsilə dünyanın ən mötəbər ətir kataloqlarına istinadən formalaşdırılmışdır.
Ətirlərin bürclərə və məşhurlara uyğunluğu dünya ulduzlarının sosial media hesablarından və onların fan səhifələrindən scarping vasitəsilə əldə edilərək sinxronizasiyalaşdırılmışdır.
Əldə edilən məlumatlar aşağıdakı Süni İntellekt (Sİ) vasitələrinin hər birinin «Pro» versiyalarından istifadə edilməklə kontekstə (fotolar, əldə olunan müxtəlif informasiyaların müqayisəsi və s.) uyğun olaraq emal olunmuşdur:
- Anthropic Claude
- Gemini
- Copilot
- DeepSek
- Meta AI
- OpenAI
Daha sonra əldə olunan bütün məlumatlar insan nəzarəti (human-in-the-loop) prinsipi əsasında yoxlanılmış, tutarsızlıq yarada biləcək məqamlar aradan qaldırılmış və təqdim olunan məlumatların dəqiqliyi, məntiqi uyğunluğu və oxunaqlılığı təmin edilmişdir.
Platformada yer alan bütün mətnlər və təsnifatlar kommersiya yönümlü deyil, maarifləndirici və kataloq xarakteri daşıyır. Məqsəd istifadəçilərə ətirlərlə bağlı daha dolğun, müqayisəli və etibarlı məlumat təqdim etmək, onların seçim prosesini asanlaşdırmaqdır.
Qeyd olunan yanaşma sayəsində platforma klassik ətir kataloqlarından fərqli olaraq, yalnız texniki göstəricilərlə kifayətlənmir, eyni zamanda ətirlərin xarakteri, istifadəsi, uyğunluq kontekstləri və mədəni assosiasiyaları barədə analitik və kontekstual baxış təqdim edir. Bütün bu proseslər şəffaflıq, mənbəyə sadiqlik və etik məlumat istifadəsi prinsiplərinə uyğun şəkildə həyata keçirilmişdir.
Qoxu.az komandası

