Keyfiyyətli ətirlər ucuz satıla bilərmi?

Heç ola bilərmi ki, maya dəyəri baha olan bir ətir qramla da olsa ucuz satılsın? Hətta onlayn satış olsa belə, mağaza icarəsinin və işçilərin maaşlarının olmadığı təqdirdə belə ətirlərin ucuz qiymətə satılması heç bir məntiqə sığmır. Bu yalnız 3 halda mümkündür:

  1. Ətiri satan şəxs bu biznesdən uzaqlaşdığı üçün əlindəki məhsulları dəyərindən ucuz qiymətə satır.
  2. Ətir satan şəxs sadəcə olaraq mənfəət götürməkdən zövq almır və bu səbəbdən psixoloji problemləri olan bir insandır.
  3. Ətir satan şəxs yağları iki ildən artıq qaldığı üçün stoku yeniləməlidir, çünki ətirin saxlanma müddəti keçdikcə, keyfiyyətinə mənfi təsir göstərə bilir.

TikTok-da satılan ətirlər çox vaxt aşağı keyfiyyətli məhsullar olur. Satıcı alıcılarını inandırmaq və and içmək naminə bəzən aşağı keyfiyyətli məhsulları orta və yüksək keyfiyyətli məhsullarla qarışdırıb sata bilir ki «bu satdığım ətirin qramı 4 manatdır» dedikdə vicdanı qarşısında yalançı çıxmasın.

Qoxunun keyfiyyəti

Ətirlərin keyfiyyəti onların qoxusunda özünü göstərir. Aşağı keyfiyyətli ətirlər də yüksək keyfiyyətli ətirlər kimi qoxuları yayar və qalıcı ola bilər. Lakin belə ətirlərdə tüm notlar heç vaxt düzgün balansda olmayacaq. Məsələn, «Libre» ətirində mandarin, berqamot, lavanda, portağal çiçəyi, yasəmən, vanil, ənbər, sidr ağacı və müşk notları var. Aşağı keyfiyyətli ətirlərdə bu notların hamısı mövcud olmur; yalnız baza notları daha çox gücləndirilir ki, ətir daha uzunmüddətli yayıcı olsun.

Bu isə o deməkdir ki, «Libre» ətirinin orjinalı heç vaxt istifadə etməyən alıcı ucuz aldığı aşağı keyfiyyətli ətiri «əsil Libre» hesab edib keyfiyyətindən razı qalacaq. Halbuki, alıcı sonralar əsil «Libre»-nin qoxusunu hiss etdikdə nə kimi incə fərqlər olduğunu — əgər qoxu duyma qabiliyyəti normaldırsa — hiss edəcəkdir.

Aşağı və orta keyfiyyəti istifadə etmək mümkündür?

Bəli, mümkündür. Niyə də yox? Əgər siz ətirin baza notları ilə kifayətlənir və orjinaldan fərqləndirə bilmirsinizsə, oz aman «lux» və aşağı keyfiyyətdə olan ətirlər məhz sizin üçündür. Araşdırmalar göstərir ki, belə keyfiyyətə öyrəşən insanlar bu ətirləri bəzən lux və ya deluxe ətirlərdən də üstün hesab edirlər. Ancaq lux və daha aşağı keyfiyyətli yağları qarışdırmaq keyfiyyəti aşağı salır. Buna görə də müxtəlif keyfiyyət kateqoriyalarını qarışdırmaqdan çəkinməlisiniz.

Biz nəyi tövsiyə edirik?

Biz orjinal ətirlərə makskimum yaxın olan yağ ətirlərin yüksək, yəni «deluxe» keyfiyyətlərini tövsiyə edirik. Özlüyündə onsuz da əsil və orjinal ətirlər hər kəs üçün əlçatan deyil, harda qaldı ki, bu ətirlərdən kolleksiya düzəltmək. Amma «deluxe» keyfiyyətli ətirlərə sahib olmaqla ilə siz 98.7% orijinala yaxın qoxuları hiss edə biləcəksiniz.

TikTok-da satılan ucuz ətirləri heç bir halda keyfiyyətli qəbul etmək olmaz. Çox vaxt orta və aşağı keyfiyyətli olan bu ətirlər, deluixe ətirlər ilə müqayisədə çox fərqlidir. Əgər siz özünüzü keyfiyyətli qoxularla təmin etmək istəyirsinizsə, yalnız yüksək keyfiyyətli və güvənilir mənbələrdən alış-veriş etməyə diqqət edin.