Le Labo – Another 13
Haqqında
Another 13 Le Labo ilə AnOther Magazine əməkdaşlığının nəticəsidir. Bu ətir klassik “not piramidası” ilə deyil, molekulyar hiss üzərindən oxunur. O, qışqırmır, diqqət çəkmir — sadəcə varlığını hiss etdirir.
Kompozisiyanın əsası Ambroksan-dır: təmiz, mineral-ambra, bir az metalik, bir az da dəri istiliyi effekti verir. Bu not qoxunu “sən qoxuyursan” yox, “sən belə qoxuyursan” səviyyəsinə gətirir.
Ambrette toxumu (bitki mənşəli müşk) qoxuya canlı, bədənə yaxın bir qat qatır. armud və alma çox yüngül, şəffaf şirinlik verir — meyvə kimi deyil, sadəcə “təmiz hava” hissi yaradır. yasəmən və mamır kompozisiyanı balanslayır, onu steril yox, insani saxlayır.
Another 13 bəzi insanlarda güclü hiss olunur, bəzilərində isə demək olar ki, “yox kimi”. Bu, Ambroksan əsaslı ətirlərin bədən kimyasına yüksək həssaslığı ilə bağlıdır.
Çünki “ətir vurmuşam” demir. Daha çox təmiz dəri, bahalı jurnal kağızı, sakit intellektual aura yaradır. Yaxın məsafədə çox cazibədardır.
Kimlər üçün daha uyğundur?
- Minimalist və intellektual imza axtaranlar
- “Skin-scent” tipli ətirləri sevənlər
- Ofis və gündəlik üçün risksiz seçim istəyənlər
- Şirin, tüstülü və ağır ətirlərdən uzaq duranlar
Performans və istifadə
3–5 fıs qorxulu deyil — bu ətir dozanı “bağışlayır”. Boyun, bilək və sinə nahiyəsində daha “skin-like” açılır.
Əsas və köməkçi notlar
Another 13 — səssiz, təmiz və intellektual “ikinci dəri” effekti yaradan, ofis və gündəlik istifadə üçün ən risksiz, amma ən zövqlü uniseks imzalardan biridir.

