Marc-Antoine Barrois – Encelade
Haqqında
Encelade (Enklayd, Enselayd yaxud Ansəlad) — Marc-Antoine Barrois brendinin təbiət və kosmos arasında qurduğu ən cəsarətli dialoqlardan biridir. Bu ətir klassik “yaşıl” anlayışdan çox uzaqdır: o, vəhşi, dərin, torpaqvari və futuristik bir yaşıl gücü ifadə edir.
Açılışda kəskin və parlaq ravənd (rhubarb) dərhal diqqəti cəlb edir — turş, yaşıl və elektrik effektli. Ardınca vetiver və sidr ağacı kompozisiyanı torpağa bağlayır. Baza mərhələsində isə sandal ağacı, dəri, ənbər və ağ müşk birlikdə qaranlıq, cazibədar və çox qalıcı bir imza yaradır.
Encelade Saturnun ən aktiv və enerjili peyklərindən biridir. Onun səthindən kosmosa buz və buxar fışqırır. Ətir də bu ideyanı daşıyır: səssiz, amma partlayıcı daxili enerji.
Encelade bazarda çox rast gəlinməyən bir qoxudur. Onu sevənlər bu ətiri fərqli, güclü və yadda qalan olduğu üçün seçir. Kütləvi deyil, amma unudulmazdır.
Kimlər üçün daha uyğundur?
- Yaşıl, torpaqvari və dərin ətirləri sevənlər
- Uniseks, amma güclü xarakterli kompozisiya axtaranlar
- Minimalist, amma dominant aura sevənlər
- Fərqli qoxu ilə seçilmək istəyənlər
Performans və istifadə
2 fıs kifayətdir — artıq dozada çox dominant ola bilər. Payız və qış mövsümündə maksimum potensialını göstərir. Təmiz dəri üzərində ravənd notu daha parlaq açılır.
Əsas və köməkçi notlar
Ümumilikdə Encelade — yaşıl ravənd açılışı + torpaqvari vetiver + odunlu–dəri bazası üzərində qurulmuş, fərqli zövqlərə xitab edən, güclü və modern uniseks imza ətiridir.

