Nina Ricci – Nina
Haqqında
Nina Nina Ricci brendinin ən tanınmış və ən çox satılan qadın ətirlərindən biridir. Qırmızı alma formasında flakonu ilə artıq uzun illərdir “nağılvari romantika” simvoluna çevrilib.
Açılışda limon və qırmızı alma dərhal şirəli, parlaq və bir qədər karamelli hiss yaradır — sanki şirniyyat dükanına girmisən. Ürək mərhələsində pion və datura ətiri gənc, yüngül və qız obrazına yaxınlaşdırır.
Baza mərhələsində isə pralin, vanil, müşk və sidr ağacı qoxunu yumşaq, desertvari və çox rahat qəbul olunan hala gətirir. Nina ağır deyil, əksinə — “şirin, amma təhlükəsiz” kateqoriyasında kult statusu qazanıb.
Nina flakonu “Qadağan olunmuş meyvə” ideyasından ilhamlanıb — həm günahsız, həm də bir az cazibəli olmaq konsepti ilə yaradılıb.
Çünki Nina çox rahat qəbul olunur: şirin olsa da boğmur, romantik olsa da yorucu deyil. İlk ətirini seçən qızlar arasında daima “top seçim” olaraq qalır.
Kimlər üçün daha uyğundur?
- Şirin-mevəli və romantik ətirlər sevən gənc xanımlar
- Gündəlik istifadə üçün təhlükəsiz “kompliment qoxusu” axtaranlar
- Alma, pralin və vanil xəttini sevənlər
- İlk premium ətirini seçənlər
Performans və istifadə
3–4 fıs gündəlik istifadə üçün idealdır. Yayda və yazda ən yaxşı nəticəni verir. Quru dəridə daha tez uçarsa, paltara 1 fıs əlavə etmək olar.
Əsas və köməkçi notlar
Nina Ricci – Nina gənc, romantik və şirin-mevəli ətir sevənlər üçün illərdir aktuallığını itirməyən kult seçimdir.

