Son illərdə adının ətrafında yaranan qalmaqallar səbəbilə tez-tez xatırlanan Jeffrey Epstein təkcə həyat tərzi və əlaqələri ilə deyil, zövqləri ilə də cəmiyyətdə geniş maraq doğurur. Onun şəxsi seçimləri — geyimi, yaşadığı məkanlar və hətta istifadə etdiyi ətirlər belə, zaman-zaman ictimai müzakirə mövzusuna çevrilib. Bəs doğrudanmı Epstein-in “sevdiyi” konkret bir ətir olubmu? Onunla şəxsən görüşənlər və hazırda nəzarət altında olan adasını hazırda ziyarət edənlərin dediklərinə inansaq, o, daha çox adları aşağıda qeyd olunan ətirlərdən istifadə edibmiş:
- Dior – Sauvage (klassik sitrus–aromatik struktur, təmiz, amma məsafəli təsir)
- Creed – Green Irish Tweed (yaşıl, aristokratik, sakit güc effekti yaradan kompozisiya)
- Chanel – Antaeus (tünd dəri, ədviyyə və müşk bazası ilə maskulin və təzyiqli aura)
Bu ətirlərin adları da təsadüfi çəkilmir. Çünki, hər üç ətirin bir ortaq cəhəti var: onlar şirin deyil, diqqət çəkmək üçün «qışqırmır», lakin qapalı məkanda güclü psixoloji iz buraxır.
Gəlin razılşaq ki, Epstein-in hərəkət etdiyi mühit də, əsasən, bizim öyrəşdiyimiz adi sosial çevrələrdən müəyyən mənalarda fərqli olub. Burada maliyyə gücü, qeyri-bərabər münasibətlər, qapalı danışıqlar və pərdəarxası əlaqələr əsas rol oynayırdı. Belə bir atmosferdə təsir vizual obrazdan daha çox altşüura işləyən detallar ilə qurulurdu. Ətir də məhz bu nöqtədə işə düşürdü. Onun məqsədi simpatiya qazanmaq yox, üstünlük hissi yaratmaq, yaxınlıq qurmaq yox, nəzarət atmosferi formalaşdırmaq, xoş xatirə buraxmaq yox, unudulmaz iz qoymaq idi.
Bu yanaşma səbəbindən onun yüngül, təravətli və hamının “xoşuna gələn” təhlükəsiz ətirlərdən uzaq durduğu iddia olunur. Əvəzində daha qaranlıq və ağır quruluşlu kompozisiyalara üstünlük verdiyi söylənilir: dəri, müşk və ağac bazaları üzərində qurulan, aromatik-yaşıl çalarlar daşıyan, klassik və sərt kişi xarakterli ətirlər.
Bu tip qoxular ilk anda sakit təsir bağışlasa da, məkanda hiss olunmadan psixoloji təzyiq yaradır və təhtəlşüura təsir edir. Bu nöqtədə ətir artıq zövq məsələsi olmaqdan çıxır və bir vasitəyə çevrilir. Qoxu ilə qarşı tərəfdə rahatlıq yox, asılılığa bənzər hiss oyatmaq, emosional tarazlığı pozmaq, öz varlığını səs çıxarmadan, amma davamlı şəkildə diktə etmək hədəflənir.
Elə bu səbəbdən də adı çəkilən bu ətirlər təkcə qoxu kimi deyil, ən təhlükəli, eyni zamanda məqsədə çatmaq baxımından ən real istifadə formalarından biri kimi yadda qalır.

